Tramp: "Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə səbəb ola bilər"
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyini irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə, o Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
"Mən bunun dayandırılmasını çox istərdim və biz bunun üçün hər cür səy göstəririk. Nəzarətdən çıxmadıqca, bu, ABŞ-yə həqiqətən təsir göstərmir. Bunlar Üçüncü Dünya müharibəsinə aparan məqamlardır", - deyə Ağ Ev lideri vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, ABŞ Rusiya və Ukrayna ilə razılığa gəlməyə yaxındır.
Aysel Mətləb