Tramp: “İran ağ bayraq qaldırmalıdır”
ABŞ Prezidenti Donald Tramp İrana təslim olduğunu bildirən “ağ bayraq” qaldırmalı olduğu barədə sərt mesaj verib.
TodayPress TV xəbər verir ki, o, bunu “Fox News”un beynəlxalq müxbiri Trey Yinqstlə telefon danışığı zamanı deyib.
ABŞ lideri İranla yanaşı, Omanla bağlı məsələyə də toxunub. O, Vaşinqtonun maneə kimi qiymətləndirəcəyi hər hansı addımın atılması halında Omana qarşı hərbi əməliyyat keçirilməsi ehtimalını istisna etməyib.
Tramp İranla bağlı konkret vaxt çərçivəsi müəyyənləşdirmədiyini və məsələdə tələsmədiyini də bildirib.
ABŞ Prezidenti daha əvvəl də Tehran üzərində təzyiqin artırılmasının tərəfdarı olduğunu açıqlayıb.
Türkan İsgəndərli
TodayPress TV