“Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi

“Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi
17.08.2026 17:03 İdman

“Qarabağ” klubunun cinah yarımmüdafiəçisi Elvin Cəfərquliyev zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçirilən cavab qarşılaşmasında zədələnib.

Həkim müayinəsi zamanı Cəfərquliyevin ayağının arxa əzələsində vətərin qismən yırtıldığı müəyyənləşib. Futbolçunun bərpa prosesinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da Niderlandda keçiriləcək. Cavab oyunu isə avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər