“Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı

“Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı
17.08.2026 15:00 İdman

“Barselona”nın sabiq yarımmüdafiəçisi Serxio Buskets klubun ikinci komandasının məşqçi heyətinə qoşulub. 

TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buskets ikinci komandada baş məşqçi Juliano Bellettinin köməkçisi vəzifəsini yerinə yetirəcək. İspaniyalı keçmiş futbolçu texniki köməkçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Buskets “Barselona”nın əsas komandasında 15 mövsüm çıxış edib. Daha sonra “İnter Mayami”yə keçən futbolçu karyerasını ABŞ klubunda başa vurub.

O, klub səviyyəsində ümumilikdə 840 oyunda meydana çıxıb, 19 qol vurub və 62 məhsuldar ötürmə edib. Buskets “Barselona” ilə 35 titul qazanıb. Onun kolleksiyasında 9 La Liqa, 7 İspaniya Kuboku, 7 İspaniya Superkuboku, 3 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 3 klublararası dünya çempionluğu var.

İspaniya millisində 143 oyun keçirən Buskets 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər