İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin...

İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin...
17.08.2026 15:30 Dünya

İstanbul hava limanı avqustun 16-da sutkalıq sərnişin axını və uçuşların sayına görə Avropada yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına görə, həmin gün hava limanı 290 287 sərnişinə xidmət göstərib və 1 739 reys həyata keçirib.

Bu göstəricilər həm Türkiyə, həm də Avropa üzrə rekord hesab olunur. Bununla da hava limanı cəmi bir həftə ərzində əvvəlki rekordunu yeniləyib. Avqustun 9-da İstanbul hava limanında 289 732 sərnişin qeydə alınmışdı.

Uraloğlu yeni rekordun İstanbul hava limanının qlobal aviasiyada əhəmiyyətinin artdığını göstərdiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər