“Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı

“Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı
17.08.2026 14:41 İdman

Dünya reytinqində 5-ci pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qızıl medalın karyerası üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “SPORT” məlumat yayıb. 

Cokoviç qeyd edib ki, 37 yaşında qazandığı Olimpiya çempionluğu onun beşinci Olimpiadasında bu uğura nail olmaq üçün son böyük şansı ola bilərdi. Serbiyalı tennisçi daha əvvəl 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal qazanıb, lakin növbəti Oyunlarda finala yüksələrək qızıl medal uğrunda mübarizə aparmaq mümkün olmayıb.

Tennisçi Parisdəki qələbəsini həyatının və karyerasının ən vacib anlarından biri kimi qiymətləndirib. O, xüsusilə dörd dəfə Olimpiya finalına çıxa bilməməsindən sonra 37 yaşında bu uğura nail olmasının və finalda həmin vaxt dünyanın ən güclü tennisçilərindən biri olan Karlos Alkarası məğlub etməsinin xüsusi olduğunu vurğulayıb.

Cokoviç qələbəni həyat yoldaşı və övladları ilə birlikdə qeyd etməyin də onun üçün böyük əhəmiyyət daşıdığını bildirib. Ertəsi gün Serbiya bayrağını çiyinlərinə alaraq ölkəsinə qayıtmasını isə unudulmaz an kimi xarakterizə edib.

“Bu, həqiqətən də xüsusi idi. Yəqin ki, belə bir hissi insan həyatında yalnız bir dəfə yaşayır”, – deyə Cokoviç bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər