Tramp: “ABŞ tezliklə Kubaya qarşı tədbir görmək niyyətindədir”
Amerika lideri Donald Tramp ABŞ-nin tezliklə Kubaya qarşı tədbir görmək niyyətində olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martinlə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Kuba çox pis vəziyyətdədir. Onlar ABŞ Dövlət Katibi Marko Rubio ilə əlaqə saxlayırlar. Biz tezliklə Kuba ilə bağlı bir şey edəcəyik, diqqətimiz buna yönəlib", - deyə lider vurğulayıb.
Aysel Mətləb