Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi
Tacikistan ənənəvi yanacaq təchizatçısı olan Rusiyada da yanacaq qıtlığı yarandığı üçün İrandan 2,5 milyon metrik ton neft və neft məhsulu almaq istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tacikistanın Nəqliyyat Nazirliyinin bəyanatında bildirilir ki, Düşənbə Tehrandan ümumilikdə 2,55 milyon ton yanacaq istəyib. Bu həcmin 2 milyon tonunu xam neft, 150 min tonunu benzin, 300 min tonunu dizel yanacağı və 100 min tonunu aviasiya yanacağı təşkil edir.
Qiymət Mahir