Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu"
Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı Saki və Qvardeyskoye hərbi aerodromlarına zərbələr endirildiyini elan etdi.
TodayPress TV xəbər verir ki, bu barədə "SBU" məlumat yayıb.
Bu, Saki aerodromuna bir həftə ərzində ikinci hücumdur.
Hücumun Su-30SM, Su-30 və Su-24 qırıcı təyyarələrinin və cəbhə bombardmançılarının yerləşdiyi yeddi anqara dəydiyi bildirilir.
Ukrayna kəşfiyyat xidmətinin ilkin məlumatına görə, ən azı yeddi təyyarə məhv edilib və ya zədələnib.
Bundan əlavə, mənbənin məlumatına görə, zərbə "Şahed" tipli dronların və aviasiya avadanlıqlarının saxlanıldığı iki anqarın zədələndiyi Qvardeyskoye aerodromuna endirilib.
Jalə Rövşən
Ukrayna
Su-30SM
Təyyarə
Zərbə
"Şahed"
Krım
Saki və Qvardeyskoye hərbi aerodromları
Jalə Rövşən
Todaypress.tv