Rusiya sərhədləri tam bağlayıb milyonluq səfərbərlik edəcək - Bu ölkələrlə razılaşdı

Rusiya sərhədləri  tam bağlayıb milyonluq səfərbərlik edəcək - Bu ölkələrlə razılaşdı
02.07.2026 10:30 Dünya

Rusiya Federasiyası ölkəyə giriş-çıxışın müvəqqəti bağlanması ilə bağlı bir neçə qonşu ölkənin rəhbərliyi ilə qapalı məsləhətləşmələr aparıb.

TodayPress TV xəbər verir ki, ilk növbədə Qazaxıstan, daha az dərəcədə Gürcüstan və digər qonşu ölkələr hədəfdədir.

Rusiyanın rəsmi olaraq sərhədləri bağlamayacağı, lakin qonşu ölkələr vasitəsilə çıxışın məhdudlaşdırılacağı iddia edilir.

Daxil olan məlumatlara görə, sərhədlərdə hər şey rəsmi olaraq açıq qalsa da, bağlanma prosesi qonşu ölkələrin tərəfindən müvafiq bəhanələrlə təşkil olunacaq.

Gediş-gəlişin məhdudlaşdırılması üçün bir neçə səbəbin ortaya atılacağı gözlənilir:

"Texniki problemlər"

"Gücləndirilmiş nəzarət"

"Hərbi təlimlər"

"Sanitar tədbirlər"

Nəticədə, tələb olunan müddət ərzində Rusiyadan çıxmaq olduqca çətin və ya praktiki olaraq qeyri-mümkün olacaq.

Mənbələr əsas məqsədin xarici dünyadan maksimum təcrid şəraitində ölkə daxilində böyük səfərbərliyin keçirilməsini təmin etmək olduğunu vurğulayırlar.

Sərhəd bölgələrində fəaliyyət göstərən və bir-birindən asılı olmayan bir neçə mənbə artıq sentyabr-oktyabr aylarından etibarən logistikada “xoşagəlməz sürprizlər”ə işarə etməyə başlayıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər