Rusiya NEFT İXRACINI artırdı
Apreldə Rusiyanın Sakit okean sahilindəki liman və terminallardan neft ixracı bərpa olunub.
TodayPress TV xəbər verir ki bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Hindistan neft emalı zavodları Rusiyadan 2023-cü ilin aprelindən bəri ən böyük həcmdə neft alışı reallaşdırıblar.
Rusiyanın Kozmino və De-Kastri, eləcə də Saxalin adasındakı Prigorodnoye limanlarından ümumilikdə gündəlik orta hesabla 1,31 milyon barel neft yüklənib.