Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək

Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək
01.07.2026 11:42 Dünya

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu gün Ermənistana gözlənilən səfəri ölkə hakimiyyətindəki bəzi dairələrdə narahatlıq yaradıb. Erməni mətbuatında səfərin Moskvanın İrəvana qarşı yeni iqtisadi təzyiq addımları ilə nəticələnə biləcəyi barədə ehtimallar səsləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, bir neçə ay əvvəl İrəvanda keçirilən Avropa forumu və Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya Ermənistanın bəzi məhsullarının ixracına məhdudiyyətlər tətbiq etmişdi. Bildirilir ki, həmin dövrdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının bəzi üzvləri Avropa ilə yaxınlaşmanın Moskvanın sərt reaksiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Hazırda da hakimiyyət daxilində oxşar narahatlıqların olduğu qeyd olunur. Məlumata əsasən, bəzi siyasi dairələr Ursula fon der Lyayenin İrəvana səfərindən sonra Kremlin Ermənistana qarşı ikinci genişmiqyaslı iqtisadi sanksiyalar paketini gündəmə gətirə biləcəyini istisna etmirlər.

Qeyd olunur ki, iyulun 1-2-də baş tutacaq Avropa nümayəndə heyətinin səfərində Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos da iştirak edəcək. Səfər parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin mühüm qərarı ərəfəsində Baş nazir Nikol Paşinyana verilən siyasi dəstək mesajı kimi qiymətləndirilir.

Eyni zamanda vurğulanıb ki, Ermənistan rəhbərliyinin Qərblə münasibətləri dərinləşdirmək istiqamətində atdığı addımlar Kreml tərəfindən diqqətlə izlənilir. Ehtimallara görə, Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumaq məqsədilə iqtisadi rıçaqlardan istifadə edə bilər. Bununla belə, Rusiya tərəfi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Məlumatda mümkün iqtisadi məhdudiyyətlərin ilk növbədə Ermənistanın sahibkarlarına, ixracatçılarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər