Rubio ABŞ-nin milli maraqlarını açdı: Silah, AI, kosmos...
ABŞ milli maraqlarını birbaşa müdafiə etmək yolunu seçib.
TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
O qeyd edib ki, ABŞ milli gücünü güzəştsiz şəkildə artırmağa, kritik təchizat zəncirlərinə nəzarəti geri qaytarmağa, iqtisadiyyatın yenidən sənayeləşdirilməsinə və müdafiə imkanlarını bərpa etməyə çalışır.
“Biz texnologiya və gələcəyin sənaye sahələrində üstünlük uğrunda mübarizə aparırıq”, - deyə Rubio vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, ABŞ qabaqcıl silahların hazırlanması, süni intellekt, mikroçip istehsalı və kosmosun mənimsənilməsi sahələrində lider olmağı, həmçinin milli enerji sektorunu gücləndirməyi qarşıya məqsəd qoyub.
Aysel Mətləb