"Real Madrid" və Florentino Peres Venesuelaya yardım edəcəklər

"Real Madrid" və Florentino Peres Venesuelaya yardım edəcəklər
30.06.2026 02:00 Dünya

"Real Madrid" futbol klubu və klubun prezidenti Florentino Peres Venesueladakı zəlzələ qurbanlarına yardım üçün iki milyon avro ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bundan başqa, "Real" Fondu Qırmızı Xaçla birlikdə zərərçəkənlər üçün ianə toplama kampaniyasına da başlayıb.

"Real Madrid" olaraq bu çətin vaxtlarda Venesuela xalqına bütün dəstəyimizi, sevgimizi və həmrəyliyimizi ifadə etmək istəyirik", - klubun rəsmi saytındakı paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər