Qalibaf: "Heç kim İrana ultimatum təqdim edə bilməz"
"Heç kim İrana və ya İran xalqına ultimatum təqdim edə bilməz" .
TodayPress TV xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sosial mediada yazıb.
O, İran xalqına müraciət edib:
"İran milləti çempiondur. Sizin 25 gün ərzində küçələrdəki varlığınız və silahlı qüvvələrin fədakarlığı İran üçün tarixi qələbə şəraiti yaratdı. Heç kim İrana və ya İran xalqına ultimatum verə bilməz".
Aysel Mətləb