Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır - VİDEO

Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya  NATO-ya qarşı  ilk qarmağı atmağı planlaşdırır - VİDEO
03.07.2026 14:25 Dünya

ABŞ, Rusiyanın NATO-nun kollektiv cavab vermək iradəsini və qətiyyətini yoxlamaq məqsədilə yaxın bir neçə ay ərzində məhdud hərbi təxribat törədə biləcəyi barədə Polşaya rəsmi xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan xəbərdarlıqda Kremlin planlaşdırdığı bu mümkün addımın birbaşa genişmiqyaslı müharibə olmayacağı deyilir. 

Məlumata görə, bu Alyansın reaksiya sürətini və daxili birliyini sınağa çəkmək məqsədi daşıyan lokal hərbi provokasiya xarakteri daşıya bilər.

Polşa rəsmiləri müttəfiqlərlə birlikdə regionda təhlükəsizlik tədbirlərini və monitorinqləri gücləndirdiklərini bəyan ediblər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər