Pekin Vaşinqtona MEYDAN OXUDU: Əzib keçin!

Dünya

03.05.2026 09:51

Çin hökuməti ABŞ-nin  İran nefti ilə bağlı bəzi Çin neft emalı zavodlarına tətbiq etdiyi sanksiyalara yerli şirkətlərin əməl etməsini yasaqlayıb.

TodayPress TV xəbər verir ki, bu qərar sanksiyaların təsirini zəiflətmək məqsədi daşıyan sərt addım kimi qiymətləndirilir.

Sanksiyalara məruz qalan müəssisələr arasında ötən ay cəzalandırılan “Hengli Petrochemical (Dalian) Refinery Co.” və bir neçə digər özəl emal şirkəti də var. Bu şirkətlər aktivlərin dondurulması və fəaliyyət məhdudiyyətləri ilə üzləşib.

Çinin Ticarət Nazirliyi bildirib ki, BMT tərəfindən təsdiqlənməyən və beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalar qəbuledilməzdir.

Jalə Rövşən 

TodayPress TV

tag: Çin,ABŞ,Sanksiya ,Neft,Todaypress.tv,