Paşinyan Tehrandadır

Paşinyan Tehrandadır
03.07.2026 09:21 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın sabiq ali dini rəhbəri Əli Xameneinin vida mərasimində iştirak üçün İrana gedib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, Xameneinin tabutu iyulun 3-ü səhər saatlarında Tehrana gətirilib və vida mərasiminə başlanılıb. Mərasimlərin İranın bir neçə şəhərində iyulun 9-dək davam edəcəyi bildirilir.

Anım tədbirlərində təxminən 100 ölkədən nümayəndənin iştirakı gözlənilir.

Vida mərasimlərinin iyulun 4-6-da Tehranda, dəfn mərasiminin isə iyulun 7-də Qumda keçirilməsi planlaşdırılır. Cənazənin iyulun 8-də son ehtiram üçün İraqa aparılacağı, iyulun 9-da isə doğulduğu Məşhəd şəhərində dəfn ediləcəyi qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər