Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB

Kəraçidə törədilən terror aktı nəticəsində altı nəfər həlak oldu - YENİLƏNİB
27.06.2026 23:30 Dünya

Kəraçidə Sind əyalətinin hərbi statuslu xüsusi asayiş keşikçilərinin (reyncerlərin) mənzil-qərargahına terrorçuların hücumu zamanı altı nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" nəşri region polisinin baş inspektoru Cavid Alam Odhoya istinadən məlumat yayıb.

Məlumata görə, hücumdan sonra Gülüstani-Cövhər rayonunda atışma başlayıb və bu zaman üç reyncer və üç terrorçu həlak olub.

Odhonun sözlərinə görə, terrorçular avtomobili mənzil-qərargahın əsas darvazasına çırpıblar. O həmçinin bildirib ki, ərazidə təmizləmə əməliyyatı aparılır və rayon Xüsusi Mühafizə Bölməsinin döyüşçüləri, antiterror qüvvələri və reyncerlər tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Pakistan reyncerləri - DİN-ə tabe olan, lakin nizami Pakistan ordusunun Pəncab və Sind reyncerlərinin tərkibindən olan zabitlər tərəfindən idarə edilən Pakistan Mülki Silahlı Qüvvələrinin federal hərbiləşdirilmiş birləşmələridir.

xxx

Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli polisə istinadən məlumat yayıb.

"Sind əyalətinin 1122 Xilasetmə Xidməti Gülüstani-Cövhərdə partlayış barədə məlumat alıb və dərhal hadisə yerinə xilasetmə briqadası yönəldib", - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları da gəlib, lakin hələlik xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Nəşrin məlumatına görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər