Pakistan ordusu 20-dən çox terrorçunu zərərsizləşdirdi
Pakistan təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində keçirilən bir neçə əməliyyat zamanı 21 terrorçunu öldürüb.
TodayPress TV xəbər verir ki, bu barədə ordu məlumat yayıb.
Bildirilib ki, terrorçular Şimali Vəziristan, Kohat və Dera İsmayıl Xan rayonlarında ayrı-ayrı əməliyyatlar zamanı öldürülüblər.
Ordu ərazilərdə qalan mümkün təhdidləri aradan qaldırmaq üçün təmizləmə əməliyyatlarının davam etdiyini bildirib.
Aysel Mətləb