Özbəkistan ilk peykini və kosmonavtını kosmosa göndərəcək

Özbəkistan ilk peykini və kosmonavtını kosmosa göndərəcək
26.12.2025 13:38 Dünya

Özbəkistan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq süni peyk buraxmağı və ilk kosmonavtını kosmosa göndərməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlamentə və xalqa illik müraciəti zamanı bildirib.

"Bu gün sizinlə daha bir vacib xəbəri bölüşmək istəyirəm. Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq süni peykin kosmosa buraxılması və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının hazırlanması işlərinə başladıq", - deyə o bildirib.

Mirziyoyev bunun, ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcəyinə və milli inkişafı yeni səviyyəyə qaldıracağına əmin olduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər