Orban: "Macarıstan Ukraynaya qoşun göndərməyəcək"

Orban: "Macarıstan Ukraynaya qoşun göndərməyəcək"
07.02.2026 16:10 Dünya

Macarıstan Baş naziri Viktor Orban ölkəsinin münaqişədən sonra Ukraynaya qoşun göndərməyəcəyini bildirib və bunu Rusiyaya qarşı birbaşa qarşıdurma riski ilə əsaslandırıb.

TodayPress TV xəbər verir ki, Viktor Orban bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O yazıb ki, hazırda təhlükə Macarıstanın pullarının Ukraynaya göndərilməsidir, sabah isə müharibəyə gənc macarların göndərilməsi gündəmə gələ bilər. Orbanın sözlərinə görə, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiya ilə birbaşa münaqişə deməkdir və Budapeşt bu cür təşəbbüslərdə iştirak etməyəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər