Okeanda "neft magistralı" - Asiya gəmiləri ABŞ-yə yönəldi

Okeanda "neft magistralı" - Asiya gəmiləri ABŞ-yə yönəldi
05.05.2026 21:34 Dünya

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanması səbəbindən Asiya ölkələrinin ABŞ-dən neft almağa başladığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə bildirib.

"Biz Cənubi Koreya, Yaponiya ilə inanılmaz dərəcədə böyük sövdələşmələr bağlayırıq. Gəmilər okeanın hər yerində magistral yol kimi düzülüb və hamısı Texas və Luizianaya gedir", - deyə Amerika lideri qeyd edib.

Tramp, həmçinin Alyaska ştatının bir çox Asiya ölkəsinə çox yaxın olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər