Obama Tramp haqqında: "Onun nə qədər savadsız olduğunu gördükdə..."

Dünya

05.05.2026 10:26

ABŞ-nin sabiq Prezidenti Barak Obama Donald Tramp barədə diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə "The New Yorker" məlumat yayıb.

Məlumata görə, Barak Obama 2016-cı ildə Ağ Evdə keçirdiyi görüş zamanı Donald Trampın hazırlıq səviyyəsindən təəccübləndiyini bildirib.

“Obama Trampın nə qədər savadsız və maraqsız olduğunu gördükdə təəccüblənmişdi”, — deyə nəşr yazır.

Qeyd olunur ki, Obama Trampın milli təhlükəsizlik məsələlərinə, xüsusilə Rusiya və Şimali Koreya ilə bağlı risklərə ciddi yanaşmadığını düşünüb.

Bildirilib ki, Tramp görüş zamanı daha çox seçki mitinqlərində iştirak edənlərin sayı ilə fəxr etməyə üstünlük verib.

Obama əlavə edib ki, Trampla bağlı heç bir illüziyası yoxdur.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Obamanın prezidentliyi dövründə Vaşinqtonun vəziyyətini tənqid etmişdi.

Qiymət Mahir

tag: ABŞ,Barak Obama ,Tramp ,Ağ Ev,TodayPress TV,