Niderlandda quş qripi epidemiyası səbəbindən minlərlə toyuq məhv ediləcək
Niderlandda yumurta istehsalı ilə məşğul olan toyuq fermasında quş qripi epidemiyası təsdiqlənib. Nəticədə 100 min toyuq məhv ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə "NOS" məlumat yayıb.
Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı Limburq əyalətində yumurta qoyan toyuq fermasında quş qripi xəstəliyinin təsdiqləndiyini və təxminən 100.000 toyuğun məhv edilməsi qərarına səbəb olduğunu bildirib.
Qeyd edək ki, bu, bölgədə bir həftə ərzində ikinci haldır. Ötən həftə sonu başqa bir kənddə hinduşka fermasında quş qripi təsdiqlənib və onlardan bir hissəsi məhv edilib.
Aysel Mətləb