Nazarbayev dövrü basdırılır! Tokayev ölkəni yenidən qurur
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 1-dən qüvvəyə minən yeni Konstitusiyanın ölkənin siyasi sisteminin yenidən qurulmasının başlanğıcı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Nur.kz" məlumat yayıb.
Tokayev qeyd edib ki, hakimiyyət Qazaxıstan dövlətçiliyinin təməlini "əsaslı şəkildə yenidən qurmaq" niyyətindədir.
Prezident hakimiyyət bölgüsü ilə bağlı yeni formulu da açıqlayıb: "Güclü prezident – nüfuzlu qurultay – hesabatlı hökumət".
Onun sözlərinə görə, Qazaxıstan prezident üsul-idarəsini qoruyub saxlayacaq. Bu modeldə dövlət başçısı Konstitusiyanın təminatçısı, ali baş komandan və ölkənin xarici siyasətinin əsas siması olaraq qalacaq.
Qiymət Mahir