Krım mühasirədə - 2 milyon nəfər ölüm aclığında

Krım mühasirədə - 2 milyon nəfər ölüm aclığında
02.07.2026 10:09 Dünya

Krım yarımadasında yaranmış logistik problemlərin humanitar böhrana səbəb ola biləcəyi iddia olunur.

TodayPress TV xəbər verir ki, analitiklər və araşdırmaçı jurnalistlər Ukraynanın tətbiq etdiyi logistik blokadanın yarımadada ərzaq, su və yanacaq təminatına ciddi təsir göstərə biləcəyini bildirirlər.

Tanınmış jurnalist Karpenkonun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, Krımda ərzaq qıtlığı yarana və bu, təxminən iki milyon sakinə təsir göstərə bilər. Onun iddiasına əsasən, belə bir ssenari kütləvi əhali köçünə səbəb ola bilər.

Məlumata görə, Çonqar istiqamətində təchizatın məhdudlaşması, Yaltada yanacağın bahalaşması və daxili logistika ilə bağlı çətinliklər yarımadadakı vəziyyəti daha da ağırlaşdırır.

Qeyd edək ki, bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və Rusiya rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər