Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF

Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF
18.06.2026 15:42 Dünya

"Milli Təhlükəsizlik Xidmətindən (AŞX) məlumat sızdırılmasında qeyri-adi heç nə görmürəm. Məlumat səlahiyyətli əməkdaş tərəfindən açıqlanıbsa, bunu normal hesab edirəm".

TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikirləri iyunun 18-də keçirdiyi brifinqdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın hava limanında pasport nəzarətindən keçərkən çəkilmiş fotosunun hakimiyyətyönlü KİV-in əlinə necə keçməsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Xatırladaq ki, Robert Koçaryana ölkəni tərk etməyə icazə verilməmiş, bu barədə məlumat isə dərhal mətbuatda yayılmışdı.

Baş nazir bildirib ki, məlumatın mənbəyini müəyyənləşdirmək üçün xidməti araşdırma təyin etməyib. O, həmçinin bu məlumat sızmasının onu niyə narahat etməli olduğu barədə sualı təəccüblə qarşılayıb.

“Bu məni niyə qəzəbləndirməlidir? Sizin media orqanlarında belə məlumatlar yayılanda olar, başqalarında yayılanda olmaz?” – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı məlumatı yayıb-yaymamaq barədə özü qərar verə bilər.

Paşinyan vurğulayıb ki, belə qərar vermək səlahiyyəti olan şəxslər tərəfindən məlumatın açıqlanması normaldır, lakin eyni addımı səlahiyyəti olmayan şəxslər atdıqda bu, artıq qanun pozuntusu hesab olunur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər