İsrail Xəzər dənizində İran hərbi gəmilərinə hücum etdi
İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum edib.
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbə İranın Xəzər dənizindəki ən böyük limanı olan Bəndər Ənzəlidəki İran hərbi dəniz bazasına endirilib.
Kanal qeyd edib ki, bu, İsrailin Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə qarşı ilk hücumudur.
Aysel Mətləb