İsrail ordusu Livanın cənubunda 120 hədəfi məhv etdiyini açıqladı

Dünya

03.05.2026 00:19

İsrail Müdafiə Qüvvələri sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanın cənubunda İsrail Müdafiə Qüvvələri mövqelərinin yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif rayonlarda 70 hərbi tikili və "Hizbullah"ın 50 infrastruktur obyekti məhv edilib", - bəyanatda qeyd olunub.

Məhv edilən hədəflər arasında qruplaşmaya məxsus komanda mərkəzləri və silah anbarlarının olduğu dəqiqləşdirilib.

TodayPress TV

tag: İsrail,Livan,Müdafiə ,Hizbullah,TodayPress TV,