İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
TodayPress TV xəbər verir ki, İsrail ordusunun məlumatına görə, bazar günü Deyr əz-Zəhrani bölgəsinə endirilən zərbə nəticəsində İranın dəstəklədiyi “Hizbullah” hərəkatının “Bədr” bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Əlaa öldürülüb.
İsrail tərəfi bildirib ki, zərbə “Hizbullah”ın İsrail ordusunun hərbçilərinə qarşı “təhlükəsizlik zonasında” həyata keçirdiyi fəaliyyətlərə cavab olaraq endirilib.
Məlumata görə, Əlaa son illərdə İsrail hərbçiləri və mülki şəxslərə qarşı əməliyyatlarda iştirak edən “Hizbullah”ın bir neçə döyüş bölməsinə rəhbərlik edib.
Kübra Musayeva