İraq ABŞ-yə görə İrana "müharibə" elan etdi - 30 sentyabra qədər...

İraq ABŞ-yə görə İrana "müharibə" elan etdi -  30 sentyabra qədər...
30.06.2026 11:49 Dünya

İran dəstəkli milis qruplaşmaları 30 sentyabr tarixinə qədər silahsızlaşdırılmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə hökumət sözçüsü Haydar əl-Əbudi bildirib.

O, bildirib ki, dövlət nəzarətindən kənar bütün silahlar qanunsuz hesab olunacaq və müvafiq qaydada məsuliyyətə cəlb ediləcək.

Məlumata görə, ABŞ-nin ciddi maliyyə təzyiqləri ilə üzləşən İraqın yeni Baş naziri Əli əl-Zeydi Vaşinqtona mühüm səfərə hazırlaşır.

Müşahidəçilər bu addımı yeni hökumətin tam dövlət suverenliyini bərpa etmək istiqamətində atdığı vacib addım kimi qiymətləndirirlər.

Qeyd edək ki, son illərdə İraqda dövlət qüvvələri ilə paralel fəaliyyət göstərən silahlı qruplaşmalar ölkənin suverenliyinə ciddi maneə yaradırdı.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər