Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var

Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var
19.06.2026 20:20 Dünya

İsrailin Livanın cənubu və Bəqaa vadisi boyu həyata keçirdiyi intensiv hava zərbələri nəticəsində 47 nəfər həlak olub, 97 nəfər isə yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən ağır hücumun Haruf qəsəbəsində qeydə alındığı, orada aralarında üç qadın olmaqla doqquz nəfərin həlak olduğu və 14 nəfərin yarandığı bildirilir.

Nazirliyin məlumatına görə, digər bölgələrdən Əl-Duvairdə aralarında bir uşaq və bir qadın olmaqla altı nəfər, Həbuşda isə yeddi nəfər həlak olub. Ərəb Səlimdə aralarında bir uşaq olmaqla üç nəfər, Baalbek yaxınlığındakı Tal Əbyadda isə daha üç nəfər həyatını itirib.

Nazirlik əlavə edib ki, martın 2-dən bəri İsrailin Livana qarşı həyata keçirdiyi hücumlarda ümumilikdə 3 980 nəfər həlak olub, 12 001 nəfər isə yaralanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər