Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı!
Fransa Prezidenti Emmanuel Makron mətbuatın respublikada meşə yanğınları və anomal istilər zamanı onun Kot-d’Azurda məzuniyyətdə olarkən çəkilmiş fotosunu dərc etməsindən sonra müxalifətin tənqidinə məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
"Avropa-Ekologiya-Yaşıllar" partiyasının milli katibi Marin Tondelye bildirib ki, fransız xalqı "apokaliptik yay" yaşayır, "prezident isə məzuniyyəti zamanı özü üçün reklam fotosessiyası təşkil edir".
Fransa Sosialist Partiyasının birinci katibi Olivye For isə bir çox vətəndaşın istirahətə getməyə maddi imkanının olmadığı bir vaxtda "prezidentin hidrosiklet sürərək əyləndiyini" qeyd edib.
Aysel Mətləb