Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi
Yaponiya arxipelaqı Kazan sahillərində, Tokionun təxminən 1,2 min km cənubunda 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar avqustun 16-da İo adasından 100 km cənub-şərqdə baş verib.
Zəlzələnin ocağı 130 km dərinlikdə yerləşib.
Aysel Mətləb