Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə
Türkiyənin Sakarya vilayətinin sahilində sutka ərzində üçüncü PUA-nın qalıqları tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Nefes" nəşri məlumat yayıb.
Qəzet bildirib ki, söhbət partlayıcı maddə olmayan dronun gövdə qalıqlarından gedir. Onlar Başoğlu kəndi yaxınlığında tapılıb. Pilotsuz uçuş aparatının hissələri sahilə çağırılan polis və sahil mühafizəsi tərəfindən götürülüb.
Bundan əvvəl İstanbulun Arnavutköy rayonunun sahilində konstruksiya qalıqları aşkarlanıb və ilkin məlumatlara görə, onların da drona aid olduğu məlum olub.
Aysel Mətləb