Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri cəbhə xəttindən birində Husilərin (Ənsarullah) mövqelərini atəşə tutur.
TodayPress TV xəbər verir ki, Yəmən ordusu İranın dəstəklədiyi Husi qruplaşmasının qərbdəki Moxa liman şəhərinə altı ballistik raket ataraq səkkiz nəfəri öldürməsindən sonra "sərt cavab" verəcəyinə söz verib.
Silahlı qüvvələrin sözçüsü polkovnik-mayor Macid Əl-Nəzili bildirib ki, ordu Husilərin mülki obyektləri və ya Yəmənin maraqlarını hədəfə çevirməsinə icazə verməyəcək.
Aysel Mətləb