Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir
Mərakeş polisi İspaniyanın muxtar şəhəri Seuta ilə sərhəddə miqrantlara qarşı güc tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Məlumata görə, miqrantlar Afrikanın cənubundakı Sahara bölgəsindən olan şəxslərdir.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sənədsiz miqrantları saxlamağa başlayıb və yüzlərlə miqrantın Seutaya daxil olmasının qarşısını alıb.
Aysel Mətləb