Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı
Rusiya qüvvələri bu gün Ukraynanın Dnepropetrovsk vilayətinin beş rayonuna 50-dən çox dəfə hücum edib.
TodayPress TV xəbər verir ki, vilayət administrasiyasının rəhbəri Aleksandr Qanjenin sözlərinə görə, hücumlar nəticəsində 17 nəfər yaralanıb. Onlardan ən azı 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hücumlar zamanı müəssisələr, fərdi yaşayış evləri, bazar, bank filialı və avtomobillər, o cümlədən sərnişin avtobusu zərər görüb.
Kübra Musayeva