Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı

Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı
15.08.2026 17:29 Dünya

Polşanın paytaxtı Varşavada Ordu Günü münasibətilə ölkə tarixinin ən böyük paradı keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.

Tədbirə 1 800-ə yaxın hərbi qulluqçu, 300-dən çox yerüstü texnika və 60 uçuş aparatı, o cümlədən Polşa ordusunun silahlanmasına daxil olan ilk "F-35" qırıcısı cəlb olunub.

Paradda ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbi qulluqçuları da iştirak ediblər.

Müttəfiqlər arasında ən böyük kontingenti Fransa hərbçiləri, o cümlədən bu ölkənin Xarici Legion bölməsi təmsil edib.


XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər