İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ

İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ
15.08.2026 14:42 Dünya

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

14: 42

***

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lena məlumat verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ Flores adası yaxınlığında qeydə alınıb və 7,7 bal gücündə olub.

Qeyd edək ki, daha əvvəl “Straits Times” qəzetində zəlzələ nəticəsində 2 nəfərin öldüyü bildirilmişdi.

Jalə Rövşən 

FOTOLAR

İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ  — 1
İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ  — 2
XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər