BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur

BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur
15.08.2026 15:59 Dünya

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını qətiyyətlə pisləyib.

TodayPress TV  xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında bildirilib.

BƏƏ XİN gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyini hədəfə almaq və Hörmüz boğazından iqtisadi təzyiq və ya hədə-qorxu tətbiq etmək üçün bir vasitə kimi istifadə etmək hərəkətinin dəniz piratçılığı olduğu vurğulanıb.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər