İsrail Ordusu Livanı vurdu: ölənlər var
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.
Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərinə endirilib.
İsrail Müdafiə Ordusu bu məlumatları hələ şərh etməyib.