Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir
NATO ölkələri Ukraynanın hava hücumundan müdafiəsi üçün kifayət qədər “Patriot” raketi təmin edə bilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Bildirilib ki, Ukraynanın “Patriot” raket ehtiyatları tükənib və bu səbəbdən Rusiya zərbələrinin qarşısının alınmasında effektivlik ciddi şəkildə azalıb.
Nəşrin məlumatına görə, Ukraynanın hücumları tam dəf etməsi üçün dünyada bir il ərzində istehsal olunan “Patriot” raketlərindən 3-4 dəfə çoxuna ehtiyacı var.
Jalə Rövşən