İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı
İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb.
TodayPress TV xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova saxlanılıb.
Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.