Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı

Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı
15.08.2026 15:30 İdman

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə  Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.



XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər