Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın F-35 qırıcıları ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiklərini bildirib.
TodayPress TV xəbər verir ki, Ərdoğan bu barədə “Al Jazeera”yə müsahibəsində danışıb.
Türkiyə lideri son günlər diqqət mərkəzində olan Məkkə Anlaşmasına da toxunub. O bildirib ki, bu sənəd dünyaya mühüm mesaj verib.
Ərdoğanın sözlərinə görə, anlaşma iştirakçı ölkələrdən birinin xarici hücuma məruz qalması halında birgə addımlar atılmasını nəzərdə tutur. Sənəd gələcəkdə digər ölkələrin də razılaşmaya qoşulmasına imkan verir.
Ərdoğan Misirin bu prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Kübra Musayeva