Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO
Moskvada bir sıra yanacaqdoldurma məntəqələrində yanacaq almaq üçün uzun növbələr yaranıb.
TodayPress TV xəbər verir ki, Moskva sakinlərinin sözlərinə görə, Rosneft, Gazprom Neft və digər iri yanacaqdoldurma şəbəkələrinin məntəqələrində avtomobillərin uzun növbəsi müşahidə olunur.
Məlumata görə, bəzi məntəqələrdə müəyyən yanacaq növləri artıq tükənib. Yanacaq olmayan məntəqələrdə elektron tablolarda da müvafiq göstəricilər əks olunur.
Hadisənin səbəbləri ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Kübra Musayeva