Əraqçı: "ABŞ və İsrailin zərbələri iranlıları təslim olmağa məcbur etməyəcək"

Əraqçı: "ABŞ və İsrailin zərbələri iranlıları təslim olmağa məcbur etməyəcək"
03.04.2026 00:00 Dünya

ABŞ və İsrailin körpülər kimi mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı X" sosial şəbəkəsində yazıb.

"Yarımçıq qalmış körpülər də daxil olmaqla, mülki tikililərə endirilən zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək", - deyə o bildirib və əlavə edib ki, bütün binalar və körpülər bərpa olunacaq.

Xatırladaq ki, aprelin 2-də İran mediası Tehranı Kərəc şəhəri ilə birləşdirən körpüyə hava hücumlarının baş verdiyini və nəticədə ən azı iki nəfərin öldüyünü bəyan edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər