Ekvador narkotik kartellərinə qarşı hərəkətə keçdi

Dünya

17.03.2026 18:08

Ekvador hakimiyyəti narkotik qaçaqmalçılığı ilə bağlı bir neçə əyalətə 75 min polis əməkdaşı və hərbi qulluqçu göndərib.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Con Reymberq məlumat verib.

Nazir Con Reymberq El Oro, Guayas, Los Ríos və Santo Domingo de los Tsáchilas əyalətlərinin sakinlərinə müraciət edərək bildirib: “Biz müharibə vəziyyətindəyik. Risk etməyin, çölə çıxmayın, evdə qalın”. Hakimiyyət orqanları həmin ərazilərdə gecə komendant saatı tətbiq edib.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında vəzifəyə başladıqdan sonra Ekvador prezidenti Daniel Noboa ölkədə terror təşkilatları kimi tanınan narkotik kartellərinə qarşı mübarizə aparır. Onun hökuməti Ekvadordan ABŞ-yə kokain axınının qarşısını almaq məqsədilə Donald Trump administrasiyası ilə əməkdaşlıq edir.

Ekspertlərin hesablamalarına görə, qonşu KolumbiyaPeruda istehsal olunan narkotiklərin təxminən 70 faizi Ekvador ərazisindən tranzit olaraq daşınır. Daha əvvəl ABŞ Cənub Komandanlığı Ekvadorla birlikdə narkotik kartellərinə qarşı birgə hərbi əməliyyatın başladığını elan etmişdi. FTB isə cinayətkar qruplarla daha effektiv mübarizə aparmaq məqsədilə ölkədə ofis açıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Ekvador ,ABŞ,Narkotik qaçaqmalçılığı,Kolumbiya,Todaypress.tv,